Şimal bölgəsinə bu gecə və səhər güclü qar yağıb.
Bizim.Media-nın Quba regional hidrometeroligiya müəssisəsindən əldə etdiyi məlumata görə, ən çox qar 18 sm olmaqla Quba şəhərinə düşüb.
Qarın hündürlüyü Qubanın Xaltan kəndində 12, Xızının Altıağac qəsəbəsində 10, Qusar şəhərində 8, Qrızda 7, Şabranda 5, Xaçmazda isə 1 sm təşkil edib.
Qusarın Ləzə kəndinə isə yerli sakinlərin məlumatına görə,15 sm qar yağıb. Ən çox şaxta isə ənənəvi olaraq Qrız kəndində qeydə alınıb: -13,7 dərəcə.
Avtomobil yollarının səhər tezdən qar və buzdan təmizlənməsinə başlanılıb. Hələlik hər hansı fəsad barədə məlumat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu