Goranboyda maşın aşdı - 2 nəfər xəstəxanalıq oldu

Goranboyda maşın aşdı - 2 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Goranboyda maşın aşdı - 2 nəfər xəstəxanalıq oldu

122244

Goranboyda avtomobilin aşması iki nəfərin xəsarəti ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində baş verib.

Hərəkətdə olan “VAZ" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb. Qəza zamanı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü F. Abbasov və sərnişin, 1974-cü il təvəllüdlü F.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO