Samir Rzayev: AZAL-ın təyyarə parkında 29 hava gəmisi var

Samir Rzayev: AZAL-ın təyyarə parkında 29 hava gəmisi var

Hazırda oxunan: Samir Rzayev: AZAL-ın təyyarə parkında 29 hava gəmisi var

122227

Hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. 

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib. 

“Bu xərclərdən qurtulmaq üçün biz Strateji İnkişaf Planımızda da 2030-cu ilədək parkımızda yalnız 2 növ hava gəmisinin saxlanmasını nəzərdə tuturuq. Parkımız dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaqdır”, - deyə Samir Rzayev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO