Rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Qax rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı hələ də bir çox sürücününü yol hərəkəti qaydalarına əməl etmədiyi məlum olub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan, nəqliyyat vasitələrinə çoxavazlı səs siqnalları quraşdıran sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.
Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Tədbirlərin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:30 / 23.02.2023
Qaxda qaydaları pozan sürücülər barədə intizam tədbiri GÖRÜLDÜ
Hazırda oxunan: Qaxda qaydaları pozan sürücülər barədə intizam tədbiri GÖRÜLDÜ
Hazırda oxunan: Qaxda qaydaları pozan sürücülər barədə intizam tədbiri GÖRÜLDÜ
122206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.