İndoneziyalı mütəxssislər peşə təhsil mərkəzinin tələbələri üçün dil təliminə başladı - FOTO 

İndoneziyalı mütəxssislər peşə təhsil mərkəzinin tələbələri üçün dil təliminə başladı - FOTO 

Hazırda oxunan: İndoneziyalı mütəxssislər peşə təhsil mərkəzinin tələbələri üçün dil təliminə başladı - FOTO 

121986

Qəbələ dövlət peşə təhsil mərkəzinin Yüksək Texniki Peşə ixtisaslarından "Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi" ixtisası üzrə təhsil alan tələbələrin ingilis dili səviyyəsinin artırılması məqsədi ilə İndoneziyadan gələn mütəxəssislər “danışıq klubu” layihəsinə start verib. 

Peşə təhsil mərkəzindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, indoneziyalı mütəxəssislər Fachri Rana Putra, Rut Kardi Purba and Sulis Tyorini tələbələrə bu ölkənin mədəniyyəti, adət- ənənələri və s. haqqında məlumat verməklə yanaşı, həm də onlarla Azərbaycan mədəniyyəti haqqında xeyli məlumat mübadiləsi aparıb.  

Qarşılıqlı dialoq əsasında tələbələrin dil bilgiləri və ingilis dili öyrənmə maraqları artmış olub. Eyni zamanda ingilis dilini öyrənmə metodları haqqında bilgi paylaşılıb.  
Sonra tələbələr qruplara bölünərək təyin olunmuş mövzu üzrə ingilis dilində məqalə hazırlayıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.  

Qeyd edilib ki, “Danışıq klubu” layihəsi maraqla qarşılandığından gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.  




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO