Şahruddini millidə o, əvəzləyəcək

Şahruddini millidə o, əvəzləyəcək

Hazırda oxunan: Şahruddini millidə o, əvəzləyəcək

121929

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsi milli komandamız üçün də ciddi problem yaradıb. Çünki təcrübəli qolkiper ölkənin əsas komandasının da bir nömrəsi sayılırdı. Ancaq onun ən azı iki aydan sonra yaşıl meydanlara qayıdacağı baş məşqçi De Byazini də çətin vəziyyətə salıb. 

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis Şahruddinin əvəzləyəcisini axtarmağa başlayıb. 

Maraqlıdır ki, çoxları Şahruddinin yoxluğunda millinin qapısının Emil  Balayev və yaxud Səlahət Ağayevə həvalə olunacağını gözləsə də, italiyalının sürpriz namizədi var. Belə ki, o, son vaxtlar əla formada olan “Sabah”ın qapıçısı Yusif İmanovu millinin əsas qapıçısı kimi oynatmaq istəyir. 

Qeyd edək ki, milli komandamız Avro-24-ün seçmə mərhələsində martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə qarşılaşacaq. Hər iki oyun səfərdə olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO