Azərbaycanda həyatı təhlükədə olan qadınların çevik mühafizəsi ilə bağlı layihə HAZIRLANDI

Azərbaycanda həyatı təhlükədə olan qadınların çevik mühafizəsi ilə bağlı layihə HAZIRLANDI

Hazırda oxunan: Azərbaycanda həyatı təhlükədə olan qadınların çevik mühafizəsi ilə bağlı layihə HAZIRLANDI

121869

"Mühafizə orderlərinin tətbiqi ilə bağlı çətinliklər vardı. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlı idi". 

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib. 

O bildirib ki, bəzən verilən mühafizə orderləri hadisələrin sayına adekvat olmur:

"Bir qayda olaraq qısa müddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir. Paketlə bağlı dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən müsbət rəy verilməsini və parlamentdə qəbul olunmasını gözləyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO