Su çərşənbəsində ölkə üzrə 18 min ağac əkilib

Su çərşənbəsində ölkə üzrə 18 min ağac əkilib

Hazırda oxunan: Su çərşənbəsində ölkə üzrə 18 min ağac əkilib

121813

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Su çərşənbəsində ölkə üzrə ümumilikdə 18 000 ağac əkib. 

Nazirliyin Mətbuat katibi İradə İbrahimova Bizim.Media-ya bildirib ki, Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Gögöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib. 

Ölkədə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib. 

Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO