“Qərb ölkələri Rusiyaya hücum etmək fikrində deyildilər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü ərəfəsində Varşavada çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib.
“ABŞ, Qərb və ya Avropa ölkələri Rusiyaya nəzarət etmək istəmir, onu məhv etmək istəmirlər. Sülh içində yaşamaq istəyən milyonlarla rus bizim düşmənimiz deyil. Bu, Putinin (Rusiya Prezidenti Vladimir Putin-red.) seçimidir. Ukrayna müharibəsinin hər yeni günü Putinin seçimidir, sizin deyil. O, bunu bir sözü ilə bitirə bilər”, - deyə Bayden bildirib.
Bizim.Media