Banqladeşin Moskvadakı səfiri Rusiya XİN-ə ÇAĞIRILDI 

Banqladeşin Moskvadakı səfiri Rusiya XİN-ə ÇAĞIRILDI 

Hazırda oxunan: Banqladeşin Moskvadakı səfiri Rusiya XİN-ə ÇAĞIRILDI 

121783

Banqladeşin Moskvadakı səfiri Kamrul Axsan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Məlumata görə, görüş zamanı Rusiya tərəfini ciddi narahat edən bir sıra aspektlər, Banqladeşlə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib. 

XİN xüsusilə diplomatik missiya rəhbərinin diqqətini ölkəsinin hakimiyyət orqanlarının Banqladeşə yük daşıyan Rusiya gəmilərinin limanlarına girişinə qadağa qoyması barədə qərarı ilə bağlı məlumatlara cəlb edib. 
“Bu addım ənənəvi dostluq ikitərəfli münasibətlərinin xarakterinə uyğun gəlmir və müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərə bilər”, - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO