“Metro açılmalı, maska tələbi yığışdırılmalıdır” – İlqar Məmmədov

“Metro açılmalı, maska tələbi yığışdırılmalıdır” – İlqar Məmmədov

Hazırda oxunan: “Metro açılmalı, maska tələbi yığışdırılmalıdır” – İlqar Məmmədov

12174

“Koronavirus insan bədənində fəallaşaraq onu ən çoxu 14 gün ərzində xəstə edir. Orta göstərici bundan 2 dəfə azdır. Bunu bilmək niyə vacibdir?”

Bizim.Media xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov özünün “facebook” səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hansısa qüvvələr ölkədə koronavirusu məqsədli yayır - Fazil Mustafa faktları sadaladı


Partiya lideri əlavə edib ki, “31 gün əvvəl SMS icazəsi aradan qaldırıldı, insanlar məhdudiyyətsiz hərəkət etməyə başladılar. 

O zaman həftə ərzində orta yoluxma sayı 375 nəfər idi, amma indi bu rəqəm 2.5 dəfə azalaraq 140 təşkil edir.

Bundan başqa, 17 gün əvvəl mağazalar, restoranlar, bərbərxanalar, dərzilər kütləvi şəkildə açıldı. Virusun fəallaşması yenə də baş vermədi - əksinə, yoluxma rəqəmi 181-dən 140-a düşdü.”

“Yoluxma” anlayışının dərinliyinə getmədiyini ifadə edən İlqar Məmmədov metronun açılmalı olduğunu da yazıb:

“Məncə, metro da açılmalı, maska tələbi də yığışdırılmalıdır. İnsanların qorxudulması üzərindən qazanc əldə edən tibbi-siyasi maraq qrupu artıq geri durmalıdır.

Bilirəm, bu yazımdan sonra rəqəmləri şişirtməyə başlaya bilərlər. Amma milyonlarla Azərbaycanlını həm yoxsullaşdıran, həm də qıcıqlandıran belə idarəetmə sxeminin bəzi adamlara gətirdiyi gəlir və “nüfuz” çox-çox aldadıcıdır”,- deyə partiya sədri fikrini bitirib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO