“Qarabağ”ın “Gent”lə oyun üçün səfər proqramı açıqlandı

“Qarabağ”ın “Gent”lə oyun üçün səfər proqramı açıqlandı

Hazırda oxunan: “Qarabağ”ın “Gent”lə oyun üçün səfər proqramı açıqlandı

121526

Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Gent”in qonağı olacaq “Qarabağ” fevralın 21-də Belçikaya yollanacaq. 

Bizim.Media xəbər verir ki, komandanı Gentə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. 

Fevralın 22-də saat 18:30-da (Bakı vaxtı ilə 21:30) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. 

Saat 19:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi “KAA Gent” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. “Gent” – “Qarabağ” oyunu fevralın 23-dən 24-nə keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq. 
Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO