Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşıma tariflərinə ENDİRİM

Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşıma tariflərinə ENDİRİM

Hazırda oxunan: Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşıma tariflərinə ENDİRİM

121459

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) martın 1-dən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 ABŞ dolları əvəzinə 1 000 ABŞ dolları həcmində müəyyənləşdirilib.

"Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1 716 ABŞ dolları deyil, 1 600 ABŞ dolları olacaq.

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq", - məlumatda deyilir.

ASCO qeyd edir ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dolları deyil, 200 ABŞ dolları təşkil edir.
Bildirilir ki, tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO