Blinken: “Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var”

Blinken: “Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var”

Hazırda oxunan: Blinken: “Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var”

121254

“Birləşmiş Ştatlar Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var”.

Bizim.Media “TASS”a istinadən xəbərə verir ki, bunu fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Respublikasının baş naziri Nikol Paşinyanla görüşdən əvvəl deyib.

“Hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Tərəflər özləri, eləcə də Aİ və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər”.
ABŞ rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün istər dost ölkələr, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla lazım olan hər şeyi etməyə hazırdır.

Qeyd edilib ki, Blinken hansı beynəlxalq tərəfdaşlardan danışdığı barədə məlumat verməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO