Qarabağda rus dilinə ikinci dövlət dili statusu verilməsi nəzərdə tutulur.
Bizim.Media “Armenia Novosti” saytına istinadən məlumat verir ki, bu barədə məlumat verən qondarma rejimin rəhbəri Araik Arutunyan "Dil haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihənin qondarma rejimin parlamentində müzakirəyə çıxarılacağını qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
“Böyük dövlətlərin torpaqlarımızda erməni dövləti yaratmaq oyunları”- Tarixçilər faktlardan yazdı
Layihənin çərçivəsində qondarma rejim və Rusiya arasındakı mədəni, hərbi, iqtisadi əlaqələrin tarixi yaddaşını və bir çox erməni sakin üçün ikinci ünsiyyət dilinin rus dil olmasını nəzərə alındığı qeyd olunur.
Bu addım prioritet bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün lazımi şərait yaradacaq və gələcəkdə münasibətlərin qanuni çərçivədə inkişafına kömək edəcəyi bildirilir.
Məlumatlara əsasən, “Dil haqqında” dair qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər layihəsi qondarma rejimin parlamentinin saytında yerləşdirilib.
Saytda “Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir” məlumatına yer verilib.
Sənədə əsasən “dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə rus dilində aparmağa borcludurlar.
Xatırladaq ki, daha əvvəl 9 noyabr tarixində qondarma rejimin xarici işlər naziri David Babayan, Qarabağ ermənilərinin Rusiya pasportu alacaqları ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirmiş və bunun reallaşa biləcəyinə diqqət çəkmişdi.
Bizim.Media