“Ukraynada 30 min “Vaqner” döyüşçüsü məhv edilib” – Ağ Ev  

“Ukraynada 30 min “Vaqner” döyüşçüsü məhv edilib” – Ağ Ev  

Hazırda oxunan: “Ukraynada 30 min “Vaqner” döyüşçüsü məhv edilib” – Ağ Ev  

121190

“Rusiyanın Ukraynadakı döyüşlərdə iştirak edən “Vaqner” muzdlu hərbi təşkilatının indiyədək 30 mindən çox döyüşçüsü ölüb və ya yaralanıb”. 

Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. 

ABŞ rəsmisinin sözlərinə görə, “Vaqner”in 9 min silahlısı məhv edilib:  

““Vaqner” muzdluları arasında ümumi ölümlərin yarısı dekabrın ortalarından bəri davam edən Baxmut döyüşlərində baş verib. Muzdlu qoşunlar Baxmut istiqamətində müəyyən uğur qazana bilərlər. Amma bunun heç bir strateji əhəmiyyəti olmayacaq. Ukrayna qüvvələri Donbasda müdafiə xəttini qoruyacaqlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO