Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk matçı “Neftçi” və “Xarı bülbül” komandaları arasında olub.
Günün ilk qarşılaşmasında qalib 3 hissədə müəyyən olunub.
İlk hissədə 25:22 hesabı ilə qalib gələn Şuşa klubu növbəti setlərdə də rəqibindən daha yaxşı oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:22, 25:20, 25:18).
Turun son matçında isə MOİK “Murov”la üz-üzə gəlib. Oyun “Murov”un 25:13 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:18 və 25:08 hesabları ilə qalib gələn “Murov” matçı qələbə ilə başa vurub - 3:0.
Beləliklə, “Murov” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. 12 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
VIII tur 17.02.2023
“Neftçi” - “Xarı bülbül” 0:3 (22:25, 20:25, 18:25)
MOİK - “Murov” 0:3 (13:25, 18:25, 08:25)
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:51 / 17.02.2023
"Xarı Bülbül" "Neftçi"yə qalib gəldi - FOTO
Hazırda oxunan: "Xarı Bülbül" "Neftçi"yə qalib gəldi - FOTO
Hazırda oxunan: "Xarı Bülbül" "Neftçi"yə qalib gəldi - FOTO
121114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.