“Fövqəladə vəziyyət haqqında” qanununa dəyişiklik deputatlar arasında müzakirələrə səbəb oldu

“Fövqəladə vəziyyət haqqında” qanununa dəyişiklik deputatlar arasında müzakirələrə səbəb oldu

Hazırda oxunan: “Fövqəladə vəziyyət haqqında” qanununa dəyişiklik deputatlar arasında müzakirələrə səbəb oldu

121064

“Necə ola bilər ki, Milli Məclisin razılığı olmadan xüsusi rejim tətbiq olunur?”

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib.

Belə ki, deputat “Fövqəladə vəziyyət haqqında” qanununda dəyişiklik edilməsi barədə layihəyə etiraz edib. 

Millət vəkili sosial xarakterli fövqəladə mühit rejiminin Konstitusiyaya zidd olduğunu vurğulayıb.

Fazil Mustafa qanun layihəsinə Milli Məclisin razılığı, eləcə də sosial xarakterli fövqəladə mühit rejiminin müddəti məsələsinin əlavə olunmasını təklif edib. Deputat Qüdrət Həsənquliyev də qanuna dəyişikliyin Konstitusiyaya zidd olduğunu vurğulayıb.
Millət vəkili Nigar Arpadarai isə qanun layihəsinin bir sıra problemlərə səbəb ola biləcəyini və yenidən baxılmalı olduğunu qeyd edərək, müzakirələrə ehtiyac olduğunu vurğulayıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deputatların təkliflərinə cavab olaraq, sosial xarakterli fövqəladə mühit rejiminin fövqəladə vəziyyətlə fərqli anlayışlar olduğunu diqqətə çatdırıb:

“Fazil bəy, siz rejimin tətbiqinin Milli Məclislə razılaşdırılmalı olduğunu dediniz. Lakin burada söhbət fövqəladə vəziyyətdən getmir. Mən sizdən də, Qüdrət bəydən də Konstitusiyanın qeyd olunan bəndlərinə yenidən baxmağınızı xahiş edirəm. Sosial xarakterli fövqəladə mühit rejimi fövqəladə vəziyyət rejimindən əvvəl və sonra tətbiq oluna bilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO