“Köhnə nazirin qoyduğu qaydanı yeni gələn dəyişdirir” – Fazil Mustafa 

“Köhnə nazirin qoyduğu qaydanı yeni gələn dəyişdirir” – Fazil Mustafa 

Hazırda oxunan: “Köhnə nazirin qoyduğu qaydanı yeni gələn dəyişdirir” – Fazil Mustafa 

121047

“Dövlət qurumlarında investisiya ilə bağlı məsələlərin təminatı ilə bağlı danışmaq çətindir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib.

“Bütövlükdə biz investisiyanı özəl sektora buraxmalıyıq. Bir dövlət qurumunda verilən hansısa qanun, yerinə gələn başqa bir nazir tərəfindən dəyişdirilir. Ona görə də sərbəst vəsaitin dövlət qurumlarına aid edilməsi çətin məsələdir. Daha yaxşı olmazmı ki, sərbəst vəsaitlərin xərclənməsi məsələsi fondlara şamil edilsin? 
“Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan “sərbəst vəsaitlərin idarə olunması” o vaxt yararlı olardı ki, fərqlər həddindən artıq böyük olsun. Ona görə də biz özəl sektoru, istehsalın inkişafını düşünməliyik”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO