“Azərreyl” çempiona qalib gəldi - FOTO

“Azərreyl” çempiona qalib gəldi - FOTO

Hazırda oxunan: “Azərreyl” çempiona qalib gəldi - FOTO

120979

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin növbəti oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan VIII turun ilk görüşü “Abşeron” və “Azərreyl” komandaları arasında baş tutub.

Turnir cədvəlinin lideri  “Azərreyl” matçdan qalib ayrılıb. İkinci dövrədə “Abşeron” klubuna 0:3 hesabı ilə məğlub olan Eldar Yusubovun komandası bu matçda qələbəyə sevinib. “Azərreyl” 3:1 (25:16, 25:21, 18:25, 25:22) hesabı ilə “Abşeron”u məğlub edərək aktivinə daha 3 xal  yazdırıb. 

Turun son matçı isə UNEC və “Murov”komandaları arasında olub. Bu qarşılaşmada qalib 3 setdə müəyyənləşib. “Tələbələr”i 3:0 (25:18, 25:08, 25:10) hesabı ilə məğlub edən Vüqar Əliyevin komandası turu qələbə ilə başa vurub.
Beləliklə, VIII turdan sonra “Azərreyl” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir.

“Abşeron”un 15, “Murov”un 13 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

VIII tur

“Abşeron” - Azərreyl” 1:3 (16:25, 21:25, 25:18, 22:25)

UNEC - “ Murov” 0:3 (18:25, 08:25, 10:25)


Rəşad Raqifoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO