Naxçıvanda vahid sistemə keçid başlandı - TƏFƏRRÜAT

Naxçıvanda vahid sistemə keçid başlandı - TƏFƏRRÜAT

Hazırda oxunan: Naxçıvanda vahid sistemə keçid başlandı - TƏFƏRRÜAT

120963

Xəbər verildiyi kimi Naxçıvanda sərnişindaşıma xidmətlərinin tarifləri yeni qaydada tənzimlənəcək. 

Bundan sonra Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.

Qeyd edək ki, Naxçıvanda avtobusla gediş haqqı ötən ilin dekabrında endirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli Qərarı ilə şəhərdaxili sərnişindaşıma (məsafədən asılı olmayaraq) 30 qəpik müəyyən edilib. (Əvvəl 40 qəpik idi)

Hazırda Naxçıvanda sərnişindaşıma xidməti iki ay əvvəlki tariflə icra olunur. Onu da qeyd edək ki, yanvarın 31-də Bakıda ictimai nəqliyyatda gediş haqqı 10 qəpik artırılıb. Metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. 

Naxçıvanda sərnişindaşıma xidmətlərinin tariflərinin yeni qaydada tənzimlənəcəyini nəzərə alsaq, bu dəyişiklik Naxçıvanda sərnişindaşıma xidmətlərində qiymət artımına təsir edə bilərmi? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə sərnişindaşııma xidmətlərində ciddi dəyişiklikdən  söhbət getmir:

“Naxçıvanda baş verən son dəyişikliklərlə əlaqədar vahid sistem qurulur. Azərbaycanda sərnişindaşıma xidməti vahid sistem üzərindən idarə olunacaq. Tariflər də eyni olacaq. Yəni Bakı şəhərində və bölgələrdə necədirsə, Naxçvanda da o cür tənzimlənəcək. Bir ölkənin ərazisində iki qiymət ola bilməz”, - deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO