Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxarıb – FOTO/VİDEO 

Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxarıb – FOTO/VİDEO 

Hazırda oxunan: Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxarıb – FOTO/VİDEO 

120942

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxarıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam bildirirlər.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO