Azərbaycanlı mütəxəssisin ixtirası Türkiyədə 14 nəfəri dağıntılar altından XİLAS ETDİ - VİDEO 

Azərbaycanlı mütəxəssisin ixtirası Türkiyədə 14 nəfəri dağıntılar altından XİLAS ETDİ - VİDEO 

Hazırda oxunan: Azərbaycanlı mütəxəssisin ixtirası Türkiyədə 14 nəfəri dağıntılar altından XİLAS ETDİ - VİDEO 

120931

Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov özünün qabaqcıl təsvir aparatı ilə Türkiyədəki zəlzələdə 14 nəfərin dağıntılar altından çıxarılmasına böyük töhfə verib. 

Bizim.Media xəbər verir ki, Ceyhun Xəlilov bu haqda “Anadolu” agentliyinə danışıb. 

Mütəxəssis “Əsrin fəlakəti” olan zəlzələdə axtarış-xilasetmə işlərinə təkmilləşmiş dağıntıaltı görüntü cihazı ilə dəstək verib. 

İstifadə etdiyi cihazın qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilov, iki kamera və akustik səs yazıcıdan ibarət sistemin dağıntılar altındakı vəziyyəti göstərə biləcəyini və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı təqdim etdiyini bildirib. 
O, Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntıaltı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edib. Azərbaycanlı mütəxəssis zəlzələ bölgəsinə fevralın 8-də getdiyini bildirib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO