Maliyyə pozuntuları aşkarlanan 42 dövlət qurumunu nə GÖZLƏYİR? – AÇIQLAMA 

Maliyyə pozuntuları aşkarlanan 42 dövlət qurumunu nə GÖZLƏYİR? – AÇIQLAMA 

Hazırda oxunan: Maliyyə pozuntuları aşkarlanan 42 dövlət qurumunu nə GÖZLƏYİR? – AÇIQLAMA 

120841

Xəbər verildiyi kimi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti maliyyə pozuntuları aşkar edilən qurumların adlarını açıqlayıb.

Qeyd edək ki, 2022-ci ildə 71 təşkilatda yoxlama aparılıb. Yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsi təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Digər qurumlardakı nöqsanlara hüquqi qiymət verilməsi üçün isə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Maliyyə pozuntuları aşkar edilən qurumların siyahısında Elm və Təhsil, Səhiyyə, Müdafiə, Ədliyyə, Mədəniyyət, Kənd Təsərrüfatı, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, TƏBİB, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Dövlət Statistika Komitəsi və digərləri olmaqla 42 təşkilatın adı var. 

Maraqlıdır, maliyyə pozuntularına yol verən dövlət qurumlarını nə gözləyir və kimlər məsuliyyətə cəlb oluna bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda maliyyə pozuntusu olmayan dövlət qurumu yoxdur:

“Dövlət satınalamalarının vahid internet portalı var. “Dövlət satınalmaları” haqqında qanuna görə həmin portalda il ərzində keçiriləcək satınalmaların siyahısı dərc edilməlidir. Hər dövlət qurumu bunu etməlidir. Amma heç biri ermir.
Hələ mən qurumların satınalmaları neçə həyata keçirmələrini demirəm. Kimsə ola bilər rüşvət alıb, hansısa mənimsəməyə yol verib və ya talan edib. Bütün bunlar Cinayət Məcəlləsinin fərqli maddələridir və məsuliyyətləri var. Təbii ki, cəmiyyəti maraqlandıran əsas sual hansı şəxslərin məsuliyyətə cəlb olunmasıdır.

Hər bir halda yeyintiyə yol verənlərin araşdırılması işi aparılmalıdır. Elə yüyinti halları ola bilər ki, rəhbərlik deyil, daha aşağı səviyyədə həll olunub. Yenə də dövlət orqanlarının qeyri-şəffaflığı ortaya çıxır”.

Ekspert  dövlət qurumlarının daxili qaydalarını açıqlamamasından da gileylənib.

O, deyib ki, ictimaiyyət hansı satınalmaya və ödənişlərə görə kimlərin cavabdehlik daşıdığını bilməlidir:

“Nazirliklər saytlarında məlumat verməlidir ki, onlarda bu prosedurlara görə kim cavabdehdir. Əlbəttə ki, pozuntu faktları müəyyən olunsa, cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır. Ola bilər ki, rəhbərlik daxili qaydaya görə bu işlə məşğul olmayıb, amma onların da idarəetməni düzgün təşkil etmədiklərinə görə məsuliyyəti var.
Ən azı rəhbərliyə töhmət verilə və ya işdən azad edilə bilər. Bu barədə ictimaiyyətə məlumat verilib-verilməyəcəyi məsələsi də maraq doğurur”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO