“Tərtər işi” ilə bağlı 4 nəfərin işi icraata GÖTÜRÜLDÜ

“Tərtər işi” ilə bağlı 4 nəfərin işi icraata GÖTÜRÜLDÜ

Hazırda oxunan: “Tərtər işi” ilə bağlı 4 nəfərin işi icraata GÖTÜRÜLDÜ

120776

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər-Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi Bakı Hərbi Məhkəməsi tərəfində icraata götürülüb.

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, iş hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

İş üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.

Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO