Qurban Qurbanov: \

Qurban Qurbanov: \"Qarşıdakı oyunlarda daha yaxşı \"Qarabağ\" gözləyirəm\"

Hazırda oxunan: Qurban Qurbanov: \"Qarşıdakı oyunlarda daha yaxşı \"Qarabağ\" gözləyirəm\"

120673

“Rəqib sürətli oyunçulara malikdir və 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq diqqətli olmalıyıq”. 

Bizim.Media xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Belçikanın “Gent” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. 

“Gent” klubu ilə matçın çox vacib oyun olduğunu söyləyən Q.Qurbanov deyib:  

“İkinci dəfə bu turnirin pley-off mərhələsində oynayacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik. Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil.  

Qarşıdakı oyunlarda daha yaxşı “Qarabağ” gözləyirəm. Buna nail olacağımıza inanıram. Yeni transferlərin komandaya uyğunlaşması çətin olmayacaq. Amma hazırlıqları yaxşı səviyyədə deyil. Demək olar ki, kollektivə tam uyğunlaşıblar. İlk günlərdə bir az utancaqlıq var idi. Get-gedə özlərini daha yaxşı və rahat hiss edirlər. Onlara sabahkı görüşdə şans verilməsi ehtimalı da var. Son qərarı oyun günü verəcəyik”.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO