Ceyhun Bayramov Aİ rəsmisini Laçın yolundakı vəziyyət barədə MƏLUMATLANDIRDI

Ceyhun Bayramov Aİ rəsmisini Laçın yolundakı vəziyyət barədə MƏLUMATLANDIRDI

Hazırda oxunan: Ceyhun Bayramov Aİ rəsmisini Laçın yolundakı vəziyyət barədə MƏLUMATLANDIRDI

120666

15 fevral 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib. 

Məlumata görə, görüş zamanı Şərq Tərəfdaşlığının cari vəziyyəti, xüsusilə enerji təhlükəsizliyi və alternativ enerji resurslarının inkişaf etdirilməsi daxil olmaqla, bir sıra istiqamətlərdə Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub.  

Bununla yanaşı, İsveçin Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri və bu çərçivədə həm İsveçlə, həm də Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinə görüş zamanı diqqət yetirilib. 

Nazir Ceyhun Bayramov Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. 

Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət və bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə və sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb. 
Görüşdə, həmçinin digər ikitərəfli və regional aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO