Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri genişləndirilir

Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri genişləndirilir

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri genişləndirilir

12063

Azərbaycan və Türkiyə kiçik və orta bizneslərin (KOB) iştirakı ilə məhsulların birgə istehsalı, qarşılıqlı satış imkanlarının genişləndirilməsi və KOB-lar arasında kooperasiya üçün geniş imkanlar mövcuddur.

Bizim.Media xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) dəstəyi ilə "Bir məhsul, iki bazar: Azərbaycan-Türkiyə qarşılıqlı kooperasiya və ticarət imkanlarının genişləndirilməsi" mövzusunda təşkil olunan onlayn forumda çıxış edərkən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Azərbaycan arasında viza ilə bağlı sənəd təsdiq edildi


O, KOBİA və KOSGEB-in bu istiqamətdə KOB subyektlərinə dəstək ola biləcəyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın coğrafi mövqeyi və fərqli bazarlarda üstünlükləri bu kooperasiyanı həm də üçüncü bazarlara ixrac üçün səmərəli edə bilər.

Forumunun panel müzakirələrində iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına, qarşılıqlı ticarətdə logistika, gömrük və texniki tənzimləmə məsələlərinə, kiçik və orta biznes subyektlərinin kooperasiya imkanlarına, Azərbaycanın investisiya imkanları və işğaldan azad olunmuş ərazilərin investisiya potensialına dair təkliflər səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO