“1 milyonluq büdcəsi olan bələdiyyənin bağçası yoxdur” - DEPUTAT 

“1 milyonluq büdcəsi olan bələdiyyənin bağçası yoxdur” - DEPUTAT 

Hazırda oxunan: “1 milyonluq büdcəsi olan bələdiyyənin bağçası yoxdur” - DEPUTAT 

120590

“Xırdalan bələdiyyəsi 700 min manatdan artıq vəsait toplayıb. Bəzi şəhər bələdiyyələrinin büdcəsi 1 milyona çatıb. Bu, çox yaxşı haldır. Lakin bəzi kənd bələdiyyələrinin heç 10 min manat vəsaiti yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki,  yığılan vəsaitlər lazımi işlərə, əhalinin sosial qayğılarına, bələdiyyələrin saxlanmasına ayrılmalıdır:

“Bələdiyyələr bağçalar açmalıdır. Düşünürəm ki, 2-3 bələdiyyə yığışıb öz ərazilərində bağça tikə bilər. İnsanların buna ehtiyacı var. Digər tərəfdən minimum xidmət haqlarını qarşılamaqla özəl bağçalar yarada bilərlər. İnsanlar digər özəl bağçalara nə qədər pul tökür. 1600-dən çox bələdiyyənin hələ bir dənə bağçası yoxdur. Bu, düşündürücü məsələdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO