"Bəzi xarici axtarış-xilasetmə qrupları ilə bağlı yanlış informasiyalar yayılır" - Çavuşoğlu 

Hazırda oxunan: "Bəzi xarici axtarış-xilasetmə qrupları ilə bağlı yanlış informasiyalar yayılır" - Çavuşoğlu 

120552

“Ölkəmizə yardıma gələn bəzi xarici axtarış-xilasetmə qrupları ilə bağlı yanlış informasiyalar yayılır, adları oğuluq və sair məsələlərdə hallandırılır”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Hersoqovina xarici işlər naziri Elmedin Dino Konakoviç ilə birgə mətbuat konfransında deyib.

“Təəssüf ki, bu yanlış informasiyanı yayanlar da özümüzünkülərdir. Belə edərək biz həmin ölkələrə də ayıb edirik, onlar həyatları xilas etmək üçün gəliblər. Biz onların hamısına ayrı- ayrılıqda təşəkkür edirik”, - Çavuşoğlu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO