AMEA-nın iki əməkdaşı külli miqdarda mənimsəmədə ittiham olunur - Qarabağda tədqiqat adı ilə

AMEA-nın iki əməkdaşı külli miqdarda mənimsəmədə ittiham olunur - Qarabağda tədqiqat adı ilə

Hazırda oxunan: AMEA-nın iki əməkdaşı külli miqdarda mənimsəmədə ittiham olunur - Qarabağda tədqiqat adı ilə

120519

Azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən alim məsuliyyətə cəlb edilib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış vəsaitin 92 min manatını mənimsəməkdə təqsirləndirilir.

Səbuhi Hüseynov və Gülüstan Əliyeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO