UEFA Çempionlar Liqası: “Bavariya” və “Milan” qalib gəldi - FOTO 

UEFA Çempionlar Liqası: “Bavariya” və “Milan” qalib gəldi - FOTO 

Hazırda oxunan: UEFA Çempionlar Liqası: “Bavariya” və “Milan” qalib gəldi - FOTO 

120508

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

Bizim.Media  xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub.

Fransada PSJ-nin qonağı olan Almaniya "Bavariya"sı minimal hesablı qələbə qazanıb. Yeganə qolu 53-cü dəqiqədə Kinqsli Koman vurub. Əsas vaxtın sonuna əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar ikinci sarı vərəqəni alaraq meydandan çıxarılıb. Gecənin digər oyununda isə "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə eyni hesabla qalib gəlib. Meydan sahiblərindən 7-ci dəqiqədə Brahim Dias fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 8-də keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO