Tələbələrin hamısının nəşi tapıldı

Tələbələrin hamısının nəşi tapıldı

Hazırda oxunan: Tələbələrin hamısının nəşi tapıldı

120485

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib. 

Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib. 

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb. 
Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO