Xankəndi Azərbaycana TABE ETDİRİLƏCƏK: “May ayına qədər proses başa çatacaq”

Xankəndi Azərbaycana TABE ETDİRİLƏCƏK: “May ayına qədər proses başa çatacaq”

Hazırda oxunan: Xankəndi Azərbaycana TABE ETDİRİLƏCƏK: “May ayına qədər proses başa çatacaq”

120367

Qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın ərazidən qaçmasından artıq bir həftəyə yaxın vaxt keçir. Onun fevralın 8-də sülhməramlıların paltarını geyinərək, onların avtomobilində Qarabağdan qaçaraq Moskvaya getdiyi bildirilir. Həmin gündən Vardanyan barədə hər hansı bir məlumat yoxdur.

Onun dəqiq hara qeyb olduğu bəlli deyil. Eyni zamanda, Xankəndidə də vəziyyət gərgin olaraq qalır. Burada daxili çəkişmələr güclənir. 

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev düşünür ki, indi qeybə çəkilən Vardanyan Fransaya transfer ediləcək:

“Vardanyan təsadüfən qaçmayıb. O, Xankəndidə tapşırılan işin öhdəsindən gələ bilmədi. Rusiyanın hərbi kəşfiyyat orqanı ondan narazı qalıb. O, iki işi görməli idi. Əvvəlcə Araik Arutyunyanı uzaqlaşdırmalı, sonra da Ermənistanı qarışdırıb, Paşinyanı vəzifədən kənarlaşdırmalı idi. Lakin bunları bacarmadı.
Digər tərəfdən, Azərbaycan ekofəalların tələbləri Vardanyana qoyulan tələbləri puça çıxardı. Vardanyan oradan nə qızıl çıxara, nə də onu daşıya bilir. Bu səbəbdən də rus hərbi elitası Vardanyanı aparmaq, daha doğrusu qaçırmaq məcburiyyətində qaldı. Vardanyan indi Rusiya ərazisindədir. Amma bildiyimə görə, onun Fransa və Livan vətəndaşlığı da var. Bu fonda indi Rusiyada olan Vardanyan ya orada təlimat alacaq, ya da Fransaya transfer olunacaq”. 

Həmsöhbətimiz Xankəndinin çətin durumda olduğunu deyir. Bildirir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər:

“Ekofəalların fəaliyyəti, Azərbaycan dövlətinin apardığı siyasət Xankəndini çətin vəziyyətə salıb. Erməni mətbuatının məlumatına görə, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir. Bununla bağlı minlərlə gizli müraciətlər var. Vardanyanın qaçmasına baxmayaraq, Xankəndidə Balasanyan-Arutyunyan qarşıdurması davam edir. Həmçinin, başqa ölkələrdən gələnlərlə yerlilər, habelə alban kökənlilərlə hay kökənli ermənilər arasında qarşıdurma var. Bu qarşıdurmadan Xankəndinin çıxacağına inanmıram, batacaq”.

Politoloq sonda onu da vurğuladı ki, Xankəndidə nəyin necə baş verməyindən asılı olmayaraq orada olan terrorçu qruplaşmalar təmizlənməlidir, Azərbaycanın da səbrinin bir həddi var.
Gec-tez Bakı bu ərazilərdə antiterror əməliyyatlarına başlayacaq: 

“Ola bilər bu Novruz bayramı ərəfəsi, ola da bilər bir qədər sonra baş versin. May ayına qədər proses başa çatacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO