Bu gün günün ikinci yarsından başlayaraq Balakəndə qeyri-sabit hava şəraiti yaşanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən səhərdən başlayaraq günün ikinci yarısına kimi rayonda günəşli, sakit hava şəraiti hökm sürüb.
Lakin günün ikinci yarısından etibarən rayon mərkəzi də daxil olmaqla əvvəlcə güclü külək və fırtına başlayıb. Daha sonra iki saat davam edən qarlı-çovğunlu hava müşahidə olunub.
Çovğunlu hava şəraiti rayonda infrastruktura heç bir zərər vurmasa da baş verə biləcək təhlükədən yayınmaq üçün bəzi yerlərdə elektrik enerjisi bir müddətlik kəsilib. Hazırda rayonda hava şəraiti sabitdir. Elektrik enerjisinin verilməsi bərpa olunub.
Qeyd edək ki, qeyri-sabit qarlı hava şəraiti qonşu Zaqatalada da müşahidə olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.