“Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib” – Səfir

“Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib” – Səfir

Hazırda oxunan: “Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib” – Səfir

120201

“Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib”.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, İsraildə Azərbaycan səfirliyinin açılmasına dair qərar bunun parlaq nümunəsidir.

"Bildiyiniz kimi, ölkələrimizi çoxillik tarix və ənənələr birləşdirir. Biz Azərbaycanın dünya üçün ikitərəfli münasibətlərin inkişafında nümunəyə çevrilməsi ilə qürur duyuruq və mənim səfir vəzifəsində rolum bu münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlib", - o deyib.
Məmmədov, həmçinin, bugünkü forumun Azərbaycan-İsrail əməkdaşlığının gücləndirilməsinə imkan yaradacağını əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO