Evində yıxılan Ağalar: “Öz dərdim yadımdan çıxdı, Türkiyədəki fəlakət məni çox üzdü” - VİDEO

Evində yıxılan Ağalar: “Öz dərdim yadımdan çıxdı, Türkiyədəki fəlakət məni çox üzdü” - VİDEO

Hazırda oxunan: Evində yıxılan Ağalar: “Öz dərdim yadımdan çıxdı, Türkiyədəki fəlakət məni çox üzdü” - VİDEO

120118

Əməkdar artist Ağalar Bayramov evində yıxılaraq, ayağından və başından aldığı ağır zədədən sonra Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, sənətçinin səhhəti ilə bağlı “Səhər mərkəzi” verilişinin canlı efirində videozəng vasitəsi ilə Əməkdar artislə əlaqə yaradılıb. 

Hazırda Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olan A.Bayramov sağlamlıq vəziyyətinin yaxşı olduğunu dilə gətirib: 

Fevralın üçündən bu günə kimi, yatdığım xəstəxananın həkimləri əlindən gələn köməkliyi edir. Özümün səhlənkarlığı ucbatından evdə yıxıldım, başım divara dəydi. İndi xəstəxananın bütün həkim personalı qulluğumdadır.
Sistem altındayam, müalicələrim davam edir. İnşallah yaxşı olaram. İnanın, yüz Ağalar Bayramov qurban olsun, Türkiyənin dərdinə. Məni Türkiyədə baş verən zəlzələ üzür. Öz dərdim yadımdan çıxdı, qardaş Türkiyədəki fəlakət məni çox üzdü. Həkim isə mənə deyir ki, sənə həyacanlanmaq, üzülmək olmaz. Amma bu dərdə ürək dözmür”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO