Şəhidin həyat yoldaşı: “Tale ilə barışmaqdan başqa çıxış yolum yoxdur” - FOTO

Şəhidin həyat yoldaşı: “Tale ilə barışmaqdan başqa çıxış yolum yoxdur” - FOTO

Hazırda oxunan: Şəhidin həyat yoldaşı: “Tale ilə barışmaqdan başqa çıxış yolum yoxdur” - FOTO

120019

Vətən müharibəsi şəhidi Fariz Həsənovun bu gün doğum günüdür. Yaşasaydı, doğmaları ilə 36 yaşını qeyd edəcəkdi.  Ölümündən sonra barəsində "Sevən qəlbin fəryadı" romanını yazan şəhidin həyat yoldaşı Əzizə Fariz  onun Ağstafa rayonunun Dağ Kəsəmən kəndində məzarını övladları ilə ziyarət edib.

Bizim.Media xəbər verir ki, Əzizə şəhid ömür-gün yoldaşının onsuz keçən 36-cı yaşını bu sözlərlə anıb:

"Bu gün Vətən müharibəsi şəhidi, həyat yoldaşım Fariz Həsənovun cənnətində dəyişməyən ad gününü qeyd edirik. Həmişə onun evə gəlməyini gözləyirdik. Kiçik bir tortumuz olurdu. Tortun üzərində də ömrünün illərini əks etdirən rəqəm şamları...Atamız gəlirdi... Yığışırdıq süfrə başına. Şamları yandırırdıq, balalarımızla birgə. Hamımız bir yerdə Farizin hər zaman ailəmizin üzərində sağ-salamat olmasını, nəfəsinin üzərimizdə olmasını arzu edib şamları üfürərdik...

“Arzular hər zaman gerçəkləşmirmiş. Arzular yarımçıq qalırmış”. Bu sözləri deyirdilər, o dərd başıma gələnə qədər inanmırdım. Artıq inanıram. İnanıram ki, həyat çox amansız və qəddardır.  Qəlbimizin ən  həssas yerindən vurub. Bu həyata sadəcə nifrət edirəm. Balalarım üçün ayaqdayam.  Yəqin mübarizə və əzablarla dolu həyat  mən hələ dünyaya gəlməmişdən taleyimə yazılıbmış. Tale ilə barışmaqdan başqa çıxış yolum yoxdur. Mən güclüyəm...!

Allah Farizimin timsalında bütün şəhidlərimizə rəhmət eləsin”.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO