Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub

Hazırda oxunan: Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub

1200

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

“Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO