Türkiyənin Kahramanmaraş şəhərində iki böyük zəlzələdə dağılan və böyük ziyan görən binalarla bağlı başladılan araşdırmada, indiyə qədər 14 nəfərin cəsədinin tapıldığı Pamukoğlu küçəsindəki binaların inşaat mühəndisi Afyonkarahisarda yaxalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Respublika Prokurorluğu zəlzələlərdə dağılan və zərər görən binalarla bağlı araşdırmalara başlayıb.
İlk müayinələrdə tikilən binalarda betonun keyfiyyətinin çox aşağı olduğu açıqlanıb.
Dəqiq təsbitlərə əsasən, binanın lisenziyasında texniki məsul olduğu bildirilən inşaat mühəndisi A.G. Afyonkarahisar Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) Şöbə Müdirliyi qrupları tərəfindən yaxalanıb.
A.G. qruplar tərəfindən Qaziantepə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:06 / 12.02.2023
Türkiyədə 14 nəfərin ölümünə səbəb olan inşaat mühəndisi TUTULDU
Hazırda oxunan: Türkiyədə 14 nəfərin ölümünə səbəb olan inşaat mühəndisi TUTULDU
Hazırda oxunan: Türkiyədə 14 nəfərin ölümünə səbəb olan inşaat mühəndisi TUTULDU
119998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.