“Xarı Bülbül” – “Neftçi” oyunu təxirə salındı - FOTO 

“Xarı Bülbül” – “Neftçi” oyunu təxirə salındı - FOTO 

Hazırda oxunan: “Xarı Bülbül” – “Neftçi” oyunu təxirə salındı - FOTO 

119757

Bu gün Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK  “Neftçi” ilə üz-üzə gəlib.  

Bizim.Media xəbər verir ki, matç “Neftçi”nin qələbəsi ilə başa çatıb.  

İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18.  

Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” - "Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub.  

Müraciətdə V turda keçirilən “Xarı bülbül” - “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub. Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.  
Turnir cədvəli: “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO