Azərbaycanda zəlzələ olacağına dair şayiələrə AYDINLIQ GƏTİRİLDİ 

Azərbaycanda zəlzələ olacağına dair şayiələrə AYDINLIQ GƏTİRİLDİ 

Hazırda oxunan: Azərbaycanda zəlzələ olacağına dair şayiələrə AYDINLIQ GƏTİRİLDİ 

119720

Sosial şəbəkələrdə Azərbaycanda zəlzələnin olacağı bağlı yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağına dair bəzi ekspertlər tərəfindən açıqlamalar yayılır: 

"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq".

"AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir. Yayılan təxribat xarakterli şayiələrə inanmayın!" – deyə məlumatda bildirilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO