“94 ölkədən gələn yardım təklifləri çərçivəsində heyətlər ölkəmizə gəlməyə davam edir”.
Bizim.Media xəbər verir ki, bunu Adıyamanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, 141 mindən çox şəxsi heyətlə bəlkə də dünyada ən çox xilasedicinin zəlzələ bölgəsində çalışmalarına baxmayaraq, vaxtında müdaxilədə çətinlik olub:
“Hazırda xaricdən və ölkəmizin dörd bir yanından ölkəmizə yardımlar göndərilir”.
O, bütün vətəndaşlara müraciət edib:
“AFAD-la və ya Qızıl Aypara ilə əlaqəyə keçmədən yardım toplayıb yola çıxmayın. Qarşıdakı aylarda yarana biləcək ehtiyaclar üçün yardımların koordinasiyalı olması çox vacibdir. AFAD-a göndərilən maddi yardımların hamısı zəlzələ bölgəsinə xərclənir”.
Ərdoğan qeyd edib ki, zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək.
Bizim.Media