Şimal-Qərb bölgəsində yollar buz BAĞLADI 

Şimal-Qərb bölgəsində yollar buz BAĞLADI 

Hazırda oxunan: Şimal-Qərb bölgəsində yollar buz BAĞLADI 

119589

Artıq üç gündür ki, dağlıq ərazilərə qar yağması, bölgədə temperaturu bir neçə dərəcə aşağı salıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən axşam havanın şaxtalı keçməsi bölgənin magistral və bir sıra dağətəyi kənd yollarının buz bağlaması ilə nəticələnib.

Analoji hadisə əsasən Qaraməryəm-İsmayıllı-Şəki magistralında müsahidə olunur. 

Magistralın Qəbələ-Oğuz rayonlarından keçən hissəsinin buz bağlama nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Xoşbəxtlikdən bu saata qədər yollarda ciddi qəza qeydə alınmayıb.

Yol istismar idarələrinin texnika və canlı qüvvəsi yolların daha təhlükəli hesab edilən hisələrinə qum səpir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO