Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Hazırda oxunan: Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

119561

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şöhrət İsa-zadə və Ramil Abulov ilə görüş keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Yüksəliş” müsabiqəsinin “Facebook” hesabında məlumat verilib. 

Məlumata görə, Rövşən Nəcəf layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini, həmçinin qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şərait yaradılacağını vurğulayıb. 
Qeyd edilib ki, İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində SOCAR-ın prezidentinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO