Türkiyənin ölkəmizdəki səfirliyi kimsəsiz uşaqların övladlığa verilməsi məsələsinə AYDINLIQ GƏTİRDİ 

Türkiyənin ölkəmizdəki səfirliyi kimsəsiz uşaqların övladlığa verilməsi məsələsinə AYDINLIQ GƏTİRDİ 

Hazırda oxunan: Türkiyənin ölkəmizdəki səfirliyi kimsəsiz uşaqların övladlığa verilməsi məsələsinə AYDINLIQ GƏTİRDİ 

119512

Türkiyədə baş vermis dəhşətli zəlzələ nəticəsində kimsəsiz qalan uşaqlar Azərbaycan vətəndaşlarına övladlığa verilməyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında qeyd edilib. 

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələlər nəticəsində kimsəsiz qalan uşaqların  Azərbaycan vətəndaşlarına qəyyumluğa veriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. 

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin sözügedən məsələ ilə bağlı bəyanatı yalnız Türkiyədə yaşayan vətəndaşlarımıza şamil edilir. Uşaqlarımızın ölkə sərhədlərindən kənar bölgələrdə yaşayanlara övladlığa və ya himayədar ailəyə verilməsi mümkün deyil”, - deyə bəyanatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO