Türkiyəli repçi 72 saatdan sonra dağıntılar altından XİLAS EDİLDİ - VİDEO

Türkiyəli repçi 72 saatdan sonra dağıntılar altından XİLAS EDİLDİ - VİDEO

Hazırda oxunan: Türkiyəli repçi 72 saatdan sonra dağıntılar altından XİLAS EDİLDİ - VİDEO

119432

“Knock Out” ləqəbi ilə tanınan repçi Hikmet Ağca Türkiyənin Hatay şəhərində baş verən dəhşətli zəlzələdən 72 saatdan sonra dağıntılar altından xilas edilib.  

Bizim.Media xəbər verir ki, bu haqda repçi sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada məlumat verib. 

“Dostlar, telefonu yeni əlimə aldım. Buralar çox pis haldadır. Mən şanslı olanlardanam. 72 saat studiyanın altındakı zirzəmidə 3 metrlik divarın altında qaldım. Allah razı olsun, “AFAD” əməkdaşları xilas etdi. Nə qədər insan zəng edib, yazıb. İndi yaxşıyam, burnum belə qanamadı”, - deyə H.Ağca vurğulayıb. 
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 12873-ə yüksəlib. Yaralıların sayı isə 62937 nəfərə çatıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO