Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan binanın altından 78 saatdan sonra 2 yaşlı Mehmet Tatar adlı körpə sağ çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ qurbanlarının sayı 12873-ə yüksəlib. Yaralıların sayı isə 62937 nəfərə çatıb.
Bizim.Media