Xaçmazlı Qarabağ əlilindən zəlzələdə zərərçəkənlərə YARDIM - FOTO/VİDEO

Xaçmazlı Qarabağ əlilindən zəlzələdə zərərçəkənlərə YARDIM - FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazlı Qarabağ əlilindən zəlzələdə zərərçəkənlərə YARDIM - FOTO/VİDEO

119295

"Baxmayaraq ki,özümün maddi imkanım yaxşı deyil, amma qərara aldım ki,qardaş Türkiyədə baş verən təbii fəlakət yaşamış insanlara yardımdan kənarda qalmayım. Hərbi əlil kimi aldığım 150 manatın hamısına lazımi geyim və quru qidalar aldım və gətirib təhvil verdim".  

Bu sözləri Bizim.Media-ya Xaçmaz şəhər sakini, 3-cü qrup Qarabağ əlili Rəfael Müştaqov deyib. 

Onun sözlərinə görə, Xaçmaz sakinlərinin böyük həvəslə başladığı kampaniyadan kənarda qala bilməzdi və bunu özünə bir qardaş borcu sayır.  

Qeyd edək ki,Xaçmaz rayonundan bu gün Türkiyəyə göndərilməsi üçün lazımi əşya və yataq dəstləri, quru ərzaqlarla dolu 6 ədəd "Ford" avtomobili Bakıya yola düşüb. İndi isə yerli icra qurumundan göndərilən iri Tır maşını yardım qutuları ilə yüklənir. 
Xaçmazlıların aktivliyi bu dəqiqələrdə də davam edir.
 


 

 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO