Tunis prezidenti xarici işlər nazirini istefaya göndərdi

Tunis prezidenti xarici işlər nazirini istefaya göndərdi

Hazırda oxunan: Tunis prezidenti xarici işlər nazirini istefaya göndərdi

119104

Tunis prezidenti Kais Said xarici işlər naziri Osman Qerandini vəzifəsindən azad edərək, onun yerinə ölkənin Avropa İttifaqı və Belçikadakı keçmiş səfiri Nabil Əmmarı təyin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Məlumata görə, prezident administrasiyasının xarici işlər nazirinin istefası ilə bağlı bəyanatında Qerandinin vəzifədən azad edilməsinin səbəbi göstərilməyib. 

Qeyd olunub ki, Tunis prezidenti 2021-ci ilin sonunda parlamenti buraxdıqdan sonra nazirlərin əksəriyyətini dəyişsə də, Qerandini vəzifəsində azad etməmişdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO